Ermənistan Türkiyə mallarının idxalına qoyulan qadağanı götürür
https://azeri.sahartv.ir/news/qafqaz-i384630-ermənistan_türkiyə_mallarının_idxalına_qoyulan_qadağanı_götürür
2022-ci ildən Ermənistan Türkiyə mallarının idxalına rəsmən icazə verəcək.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 31, 2021 12:09 Asia/Baku
  • Ermənistan Türkiyə mallarının idxalına qoyulan qadağanı götürür

2022-ci ildən Ermənistan Türkiyə mallarının idxalına rəsmən icazə verəcək.

SəhərAzəri-nin məlumatına əsasən,Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat xidməti bildirib ki,Ermənistan hökuməti 2020-ci il dekabrın sonunda ölkəyə gətirilən türk mallarının idxalına qoyulan qadağanı 2022-ci il yanvarın 1-dən uzatmamaq qərarına gəlib.

 “Gözlənilir ki, Türkiyə mallarının idxalına qoyulan qadağanın qarşılıqlı əsasda götürülməsi Ermənistan mallarının ixracı üçün daha əlverişli şərait yaradacaq”, - məlumatda deyilir.

Ermənistan birtərəfli qaydada Türkiyə mallarına qadağa qoymuşdu və buna  baxmayaraq qeyri-rəsmi surətdə Türkiyə Ermənistana mal ixrac edirdi belə ki, deyilənlərə görə Ermənistan bazarında Türkiyə istehsalı olan mallara tez-tez rast gəlinir.