Yan 27, 2022 14:43 Asia/Baku
  • “Hüquq”un AŞPA modeli

AŞPA Cənubi Qafqaz ölkələrini LGBTİ birliyinin nümayəndələrinin hüquqlarını təmin etməyə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən,Avropa Şurası Parlament Assambleyası Ermənistan, Azərbaycan və Gürcüstanda LGTBİ-nin (lesbiyanlar, geylər, biseksuallar, transseksuallar və interseksuallar) vəziyyəti ilə bağlı narahatlığını bildirib.

Qarabağ münaqişəsi nəticəsində yüz minlərlə insanın ən ilkin hüquqlarının pozulması barədə məlumat toplamaqdan aciq qalan Avropa Şurası Parlament Assambleyası yanvarın 25-də qəbul edilmiş qətnaməsində seksual azlıqların hüquqlarının pozulması haqqında çoxsaylı məlumatlar olduğu qeyd edilir.

Cənubi Qafqazda ayrı-seçkiliyin yeganə sahəsini xüsusi “diqqət” və böyük “məharət”-lə təyin etmək “qabiliyyət”-inə malik olan Avropa qurumu bu ölkələri cinsi orientasiya, gender kimliyi, gender özünüifadəsi və cinsi əlamətlərinə görə ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlmiş səmərəli qanunvericilik qəbul etmək və siyasət həyata keçirməyə çağırıb.

Cənubi Qafqaz ölkələri arasında Avropanın “mütərəqqi” meyarları nöqteyi-nəzərindən həmişə Azərbaycanı geridə görən qurum seksual azlıqların “hüquq”-larının təmin edilməsində də Gürcüstan və Ermənistanı alqışlayıb ancaq eyni zamanda hər üç ölkəni LGTBİ nümayəndələrinin “hüquq”larını dəstəkləmək üçün ictimai tədbirlər keçirmək hüququna zəmanət verməyə" çağırıblar.

Assambleya Bakı, İrəvan və Tiflisdə mənzərəni “ürəkaçan” görmədiyindən gey-paradlara icazə verilməsinə və iştirakçıları istənilən zorakılıqdan qorumağa, paradların təhlükəsiz keçirilməsini təmin etməyə çağırıb.

Qəbul edilən qətnamənin əsaslandığı belçikalı deputat Kristof Lakruanın hesabatında isə hətta LGBT-lərə qarşı tənqidi fikirlərin səsləndirilməsinin də qadağan edilməsi tələbi var. “ KİV və parlament üzvləri üçün ayrı-seçkilik ehtiva edən və LGBTİ birliyinə qarşı ədavət yaradan şərhləri qadağan edən davranış məcəllələri qəbul edilməlidir”, hesabatda bildirilmişdir.

Qətnamədə həmçinin transgenderlərin sənədlərdə adlarını və cinslərini dəyişdirməsinə imkan verən prosedurlar tətbiq edilməsi nəzərdə tutulur. Həmçinin, insan hüquqlarının, o cümlədən LGBTİ hüquqlarının müdafiəsi sahəsində işləyən vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı möhkəmləndirmək, onların müstəqilliyinə zəmanət vermək və onlarla işləyən insanların təhlükəsizliyini təmin etmək tövsiyə olunur.

Teqlər