Fev 10, 2022 16:47 Asia/Baku
  • Ermənistan
    Ermənistan

Ermənistan hökuməti ikinci Qarabağ müharibəsindəki insan itkilərinin sayını açıqlayıb

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan hökumətinin yaydığı hesabatda deyilir ki, Ermənistan ikinci Qarabağ müharibəsi zamanı 3 812 nəfər itki verib, daha 217 nəfər itkin düşmüş hesab olunur.

Ermənistan müxalifəti ölkənin müharibə itkilərinin 5-7 min nəfər olduğunu iddia edir. Ölkə parlamentində deputatların suallarını cavablandıran baş nazir müxalifəti müharibədə həlak olanların sayını şişirtməməyə çağırıb. Nikol Paşinyan qeyd edib ki, əgər müxalifətin sübutu varsa, sübut təqdim etsin.

Daha əvvəl Ermənistanın İstintaq Komitəsi ikinci Qarabağ müharibəsi zamanı ölən və itkin düşən hərbçilərin sayı ilə bağlı yenilənmiş məlumatlarında insan itkisinin sayı 3 809 nəfər kimi qeyd olunub.

 

Qeyd edək ki, Ermənistan Azərbaycan ərazilərində müharibə vaxtı itkin düşmüş hərbçilərinin axtarışlarını davam etdirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 700 nəfəri ötü

 

Teqlər