Ermənistan Əliyevin Putinlə imzaladığı strateji tərəfdaşlıq sənədindən məmnun qalıb
Sənəd Qarabağ münaqişəsinin hərtərəfli həllinə töhfə verə bilər
Ermənistan Əliyev ilə Putin arasında müttəfiqlik əməkdaşlığı haqqında imzalanmış bəyannaməyə etiraz etmir, onu həm də dəstəkləyir.
SəhərAzəri-nin məlumatına əsasən, Ermənista XİN Rusiya ilə Azərbaycan arasında imzalanmış bəyannaməyə nikbinlik ifadə edib.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan bu barədə bildirib ki, Ermənistan və Rusiya arasında qurulan və xalqlar arasında çoxəsrlik dostluğa əsaslanan dövlətlərarası müttəfiqlik əməkdaşlığı möhkəmdir və bu, heç bir halda üçüncü dövlətlərlə münasibətlərlə şərtlənmir. Bunu tarix və imzalanmış sənədlər də sübut edir.
Xatırladaq ki, fevralın 22-də Moskvada Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalayıblar.
Orada bildirilir ki, Rusiya və Azərbaycan hərbi əməkdaşlığı dərinləşdirmək niyyətindədir.
“İrəvan və Moskva müxtəlif səviyyələrdə, o cümlədən yüksək səviyyələrdə, zəmanətli təhlükəsizlik şəraitində ölkələrimizin inkişafının xeyrinə həm ikitərəfli, həm də çoxtərəfli miqyasda əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl addımlar atır” – deyərək Hunanyan bildirib.
Ermənistanın XİN sözçüsü ümid edir ki, bu il Moskvada fevralın 22-də imzalanmış bəyannamə Ermənistan, Rusiya və Azərbaycan liderləri tərəfindən qəbul edilmiş üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsinin irəliləyişinə əlavə imkan yaradacaq. Bu, həm də ATƏT-in Minsk Qrupunun həmsədrlik mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə töhfə verə bilər.