Mart 03, 2022 13:49 Asia/Baku
  • Ermənistana yeni prezident seçilib

Ermənistan parlamentində prezident seçkiləri ilə bağlı səsvermənin ikinci turu keçirilib və yeni prezident seçilib.

 

SəhərAzəri-nin məlumatına əsasən, hakim “Vətəndaş Müqaviləsi” partiyasının yeganə namizədi, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan 71 səslə Prezident seçilib.

Xaçatryan Ermənistan tarixinin 5-ci Prezidenti olacaq.

Vaaqn Xaçatryan səsvermənin bririnci turunda cəmi 69 səs toplayıb. Bu da lazım olan minimum səs sayından (81) az olub.

Müxalif “Şərəfim var” və “Hayastan” fraksiyaları prezidentliyə namizədliyin müzakirəsini boykot ediblər.

Ermənistan Konstitusiyasına görə, prezident seçkilərinin ikinci və üçüncü turlarının keçirilməsi mümkündür və bu zaman seçilmək üçün müvafiq olaraq 65 və 54 səs lazımdır.

Vaaqn Xaçatryan Ermənistan prezidenti seçilməzdən öncə bu ölkənin İctimai Televiziyasına müsahibəsində qonşularla müharibə və mübahisənin əleyhinə olduğunu bildirib.

“Hesab edirəm ki, qonşularla yalnız sülh şəraitində yaşamaq lazımdır”, - deyə Xaçatryan deyib.

Xaçatryan əlavə edib ki, Ermənistan vətəndaşları üçün sülh həyat və inkişaf üçün yeganə variantdır.

Yeni prezident Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına pozitiv baxdığını deyib: “Prosesi davam etdirmək lazımdır. Bu nəticədə iqtisadi və siyasi münasibətlərin yaranmasına gətirib çıxaracaq”, Vaaqn Xaçatryan deyib.

Teqlər