Mart 14, 2022 12:49 Asia/Baku
  • Mirzoyan: İlkin şərt olmadan münasibətlər normallaşacaq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumu çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə hər ikisinin ilkin şərt olmadan münasibətlərin normallaşması prosesini davam etdirməyə hazır olduqlarını bəyan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Mirzoyan deyib: “Düşünürəm ki, Antalya sammitinə dəvət kifayət qədər müsbət mesaj idi və mən o mesaja müsbət cavab verməyi zəruri hesab etdim. Görüşümüz zamanı biz hər iki tərəfin heç bir ilkin şərt olmadan münasibətlərin qurulması və sərhədlərin açılması üçün nizamlanma prosesini davam etdirməyə hazır olduğunu təsdiqlədik”.

O, Ermənistan və Türkiyə nümayəndələrinin bu istiqamətdə iş apardığını qeyd edərək, müsbət nəticələrin yaxın gələcəkdə görünəcəyinə ümid etdiyini bildirib.

Teqlər