Ermənistan Fransadakı seçkilərin nəticəsindən ruhlanıb
Makronun yenidən prezident seçilməsi ermənilərə nə vəd edir?
Erməni politoloq bəyan edib ki, Makronun yenidən Prezident seçilməsi Ermənistan-Fransa münasibətləri üçün ən yaxşı olaydır.
SəhərAzəri-nin məlumatına əsasən, Makronun hakimiyyətdə olduğu 5 il ərzində Ermənistan-Fransa dostluğu daha yüksək mərhələyə çatıb.
Politoloq Vahe Poqosyan bu barədə deyib: "Makronun yenidən Prezident seçilməsi indiki məqamda Ermənistan-Fransa münasibətlərində baş verə biləcək ən yaxşı şeydir. Fransa Respublikası həmişə Ermənistan Respublikası və ya Ermənistanın xarici siyasətinin, xüsusən də Avropa İttifaqı çərçivəsində xarici siyasətinin mühüm istiqamətlərindən biri olub.
2022-ci ildə Ermənistan və Fransa diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirlər. Parisdə “Ermənistan-Fransa” konfransı zamanı Rusiya-Ukrayna müharibəsindən danışan Makron 2020-ci ildə 44 günlük müharibəyə toxunaraq demişdi: "Ayıq olmaq lazımdır. Bu vəziyyətdə 2020-ci ilin payızını da unutmaq olmaz. Burada da hər şey həll olunmayıb, görüləsi çox iş var” – deyərək Makron bildirib.
Makron dəfələrlə regional sülhün vacib olduğunu, bu məsələdə mümkün rol oynamağa hazır olduğunu vurğulayıb. “Məhz bu ruhda Fransa Dağlıq Qarabağdakı qanlı müharibədən sonra üzləşdiyi çətinliklərin öhdəsindən gəlməyə kömək etmək üçün Ermənistanın yanındadır”.
Emmanuel Makron son zamanlar Ermənistana xüsusi loyallıq nümayiş etdirib: "Ermənilər saysız-hesabsız bəlalara müqvimət göstərir. Həmrəylik və dostluq hissi ilə deyirəm ki, Fransa hər zaman sizin yanınızda olacaq", – deyərək Emanuel Makron qeyd edib.
Politoloq Vahe Poqosyan qeyd edir ki, Fransa ATƏT-in Minsk “Qrupunun həmsədri olmaqla Ermənistan üçün əsas rola malikdir.
Onun fikrincə, Makron təkcə Ermənistana olan sevgisi ilə deyil, həm də sosial şəbəkələrdə erməni mediasında həyəcana səbəb olan erməni yazıları ilə seçilib.
Vahe Poqosyan deyir ki, Emanuel Makron yenidən Prezident seçildikdən sonra erməni-fransa dostluğunda yeni və daha isəmimi səhifə açılmalıdır.