Ermənistanda yenə davamlı aksiyalara başlanılır?
Apr 27, 2022 12:31 Asia/Baku
Dünən İrəvanda müxalifətin hökumətin siyasətinə qarşı etiraz aksiyası baş tutub. Etirazçı dəstələri şəhərin mərkəzindəki Azadlıq meydanına toplaşıblar.
Müxalif deputat, keçmiş Milli təhlükəsizlik xidmətinin rəisi Artur Vanesyan deyib: “Artıq xalq yorulub və bizi heç nə dayandıra bilməz. Biz artıq vətənimizin yarısını, uşaqlarınızı və təhlükəsizliyimizi itirmişik.”
Aksiyanın əsas təşkilatçılarından olan parlamentin vitse-spikeri İşxan Saqatelyan müxalifətin dayanmayacağını və sonadək mübarizə aparacağını deyib. Onun bildirdiyinə görə etiraz aksiyası davamlı olacaq.
Etirazçılar aksiyanı bu gün də davam etdirəcəklərini bildiriblər.