Ermənistanda 414 etirazçı həbs edilib
Ermənistan polisinin mətbuat xidməti xəbər verib ki, bu ölkənin paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefasına təkid edilən aksiya zamanı təhlükəsizlik qüvvələri tərəfindən 414 nəfər saxlanılıb.
SəhərAzəri-nin məlumatına əsasən,Ermənistan polisinin bəyanatında bildirilir ki, hələlik 414 etirazçı təcridxanaya göndərilib.
Həbslər Yerevan aeroportuna və Ermənistan Müdafiə Nazirliyinin binasına çıxan küçələrdə etiraz aksiyalarının başlanmasından sonra baş verib.
Həbs olunanlar arasında Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var. O, etirazçıların Paşinyanın istefasına dair tələbinə dəstək veribdir.
Həmçinin Ermənistan İttifaqından olan müxalifət lideri və parlament sədrinin müavini İşxan Saqatelyan bildiribdir ki, müxaliflər ölkənin idarə olunmasında təsirli rol almaq üzrə məqsədlərinə çatmaqda müvəffəq olublar.
Belə bir halda, Saqatelyan nümayişçiləri, yeni aksiya keçirmək üçün çərşənbə axşamı günü günortadan sonra Yerevanın "Ferness"meydanına toplaşmağa çağırıb.