İrəvanda etirazçılar prezident iqamətgahına gedən yolları bağlayıb
https://azeri.sahartv.ir/news/qafqaz-i389445-İrəvanda_etirazçılar_prezident_iqamətgahına_gedən_yolları_bağlayıb
Ermənistan paytaxtında gərginlik artıb. Polis prezident sarayı ətrafına böyük qüvvələr toplayır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 25, 2022 06:40 Asia/Baku
  • İrəvanda etirazçılar prezident iqamətgahına gedən yolları bağlayıb

Ermənistan paytaxtında gərginlik artıb. Polis prezident sarayı ətrafına böyük qüvvələr toplayır.

SəhərAzəri-nin məlumatına əsasən,"Hraparak" nəşrinin az əvvəl yaydığı məlumata görə, bir müddət öncə "müqavimət hərəkatı" prezident iqamətgahına gedən yolları bağlayıb. Bundan sonra polis girişləri açmağa çalışsa da, nəticəsi olmayıb.

Hazırda prezident iqamətgahı ətrafına nəhəng polis qüvvələri cəlb olunur.

Erməni polisi mütəmadi olaraq səsgücləndiricilər vasitəsilə toplantının qanunsuz olduğunu elan edir və etirazçıları hökumət qüvvələrinin əmrinə tabe olmağa çağırır.