İyun 02, 2022 12:12 Asia/Baku
  • “Ermənistan Qarabağın təhlükəsizliyinin qarantı olaraq qalır”

Ermənistan Təhlükəsizlik Şurasının katibi sivilnet.am saytına müsahibəsində bildirib ki, Ermənistan Qarabağın təhlükəsizliyinin qarantı olaraq qalır.

SəhərAzəri-nin məlumatına əsasən, Armen Qriqoryan Mülki Müqavilə Blokundan olan bir deputatının bəyanatlarını şərh edərkən deyib: “Ermənistan Artsaxa sosial və humanitar yardımı davam etdirir. Konkret olaraq, keçən il Artsaxa 400 mln dollar yardım göstərilib və əsas hissə təhlükəsizlik komponenti olub. İnanıram ki, Ermənistan bunu davam etdirəcək.”

O, Qarabağdakı separatçı rejimlə Ermənistanın milli maraqlarının fərqli olduğuna dair iradlara cavab olaraq, media orqanını əmin etdi ki, bu, milli maraqlar arasındakı fərq deyil, mərkəzin harada olduğunu və prioritetləri başa düşmək lazımdır.

Qriqoryan sonra Ermənistanın Qarabağsız mövcud olmayacağını qeyd edib. “Ona görə də Ermənistan Artsaxı müdafiə etmək üçün səylərini əsirgəmir. Artsax isə bizim xarici siyasət gündəmimizin əsas mövzusudur”, - deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

O, Dağlıq Qarabağ məsələsinin Azərbaycanla imzalanacaq hərtərəfli sülh sazişinə daxil ediləcəyini diqqətə çatdırıb.

Bu kontekstdə o, Azərbaycanın beş təklifini və Ermənistanın cavab təkliflərini xatırladıb. Qriqoryan bu barədə deyib: “Təkliflərdə təhlükəsizliklə bağlı məsələlər və Qarabağ ermənilərinin problemləri var ki, bu da Artsaxın statusunun əsasını təşkil edir. Əlbəttə, sülh prosesi çərçivəsində Qarabağda da sülhü nəzərdə tutur.”

O bəyan edib ki, eyni məsələlər, o cümlədən Qarabağın statusu həm Moskvada, həm də Brüsseldə müzakirə olunur.

 

Teqlər