Paşinyanın müxaliflərinin aksiyaları davam edir
Ermənistanda müqavimət hərəkatının üzv və tərəfdarları bu ölkənin xarici işlər nazirliyi binasının önündə aksiya keçiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, Bəyanat qəbul edən yürüş iştirakçıları hökumətin ən mühüm məsələlər barədə xalqın yerinə qərar çıxarmağa haqqının olmadığını vurğulayıblar.
Bəyanatda deyilir: Hökumət xalqın nümayəndəsi deyil, buna görə də, bu gün beynəlxalq yığıncaqlarda Ermənistanın hər hansı razılaşması etibarsızdır və rədd edilir.
Ermənistan xarici işlər nazirliyi binasının önündə aksiya keçirənlər bir qrup təhlükəsizlik qüvvəsilə üzləşiblər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevana səfərilə bir zamanda keçirilən bu yürüşün təşkilatçıları öncədən bildirmişdilər ki, aksiyaçılar xarici işlər nazirliyi binasına daxil olmaq niyyətində deyillər.