Qarabağın büdcəsi görünməmiş həcmə çatıb
https://azeri.sahartv.ir/news/qafqaz-i390173-qarabağın_büdcəsi_görünməmiş_həcmə_çatıb
Ermənistanın Qarabağa maliyyə dəstəyi artırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2022 08:18 Asia/Baku
  • Qarabağın büdcəsi görünməmiş həcmə çatıb

Ermənistanın Qarabağa maliyyə dəstəyi artırılıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan hökuməti bildirir ki, 2021-ci ildə Qarabağ büdcəsinin gəlir hissəsi 405 milyon dollar olub, bunun 298 milyon dolları Ermənistanın ödədiyi məbləğdir.

Hökumət nümayəndələrinin dediyinə görə, Ermənistan heç vaxt Qarabağa bu dərəcədə dəstək verməyibdir. Belə ki, Ermənistanın 2021-ci ildə Qarabağa maliyyə dəstəyi 122% artıb.

Həmin dövrdə Ermənistanın büdcəsindən ayrılmış vəsait hesabına Qarabağın bütün büdcə qurumlarının bütün işçilərinin maaşları, pensiya və müavinətləri ödənilib, səhiyyə və təhsil sisteminin xərcləri ödənilib.

Məlumata əsasən, 2022-ci ildə isə Ermənistan hökumətinin Qarabağa büdcə dəstəyi 372 milyon dollar təşkil edir.