İyul 23, 2022 12:14 Asia/Baku
  • Erməni deputat Bakıda erməni əsirlərlə görüşmək istəyir

Erməni deputat Bakıda erməni əsirləri ilə görüş üçün Azərbaycan Milli Məclisinin sədrinə müraciət etmək istəyir.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistandan olan deputat və "Mənim Şərəfim Fraksiyası"nın üzvü Hayk Mamicanyan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya rəsmi məktub göndərmək və əsirlər məsələsi ilə əlaqədar onun Bakıya səfərini təşkil etməyi xahiş etmək niyyətindədir. 

“Mən məktubumda MDB, Avropa Şurası və Avronest Parlament Assambleyalarının prezidentlərini, həmçinin Avropa Parlamentinin prezidentini və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səfirlərini də məlumatlandıracağam”, – deyə Mamicanyan bu barədə Facebook mesajında yazıb.

Rəsmi məlumata görə, Azərbaycanda 45 erməni əsir var. Lakin hüquq müdafiəçiləri daha yüksək rəqəmlər gətirirlər.

Xatırladaq ki, Azərbaycan dövlətinin iddiasına əsasn, bu dövlət 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata və beynəlxalq humanitar hüquqa əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, hərbi əsir statusu olan ermənilərin hamısını geri qaytarıb. Lakin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə göndərilən terrorçu-diversant dəstələri əsir hesab etmək olmaz və onlar terrorçu qismində mühakimə olunurlar. 

Beynəlxalq təşkilatlar, o cümlədən də Avropadakı təşkilatlar və ABŞ kimi dövlətlər rəsmi Bakının bu arqumeti ilə razılaşmır və erməni əsirlərin tezliklə azad edilməsində israrlıdırlar. 

Teqlər