Avq 18, 2022 17:45 Asia/Baku
  • Rusiya Ermənistandan cavab gözləyir

bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev deyib: "Biz Ermənistana verdiyimiz nota ilə əlaqədar bu ölkədən cavab gözləyirik".

SəhərAzəri-nin "News.am"a istinadən verdiyi məlumata görə, İvan Neçayev Rəsmi Moskvanın Ermənistandakı son partlayışla bağlı Rusiyanın ittiham edilməsinə cavab gözlədiyini vurğulayıb:

"Bu gün Rusiyanın müvəqqəti işlər vəkili ilə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi arasında konstruktiv söhbət baş tutub. Biz cavab gözləyirik", - o bildirib.

Xatırladaq ki, Rusiya avqustun 17-də Ermənistana nota verib. Buna səbəb isə “Surmalu” ticarət mərkəzində baş verən partlayışla bağlı Rusiyanın ittiham olunmasıdır.

Teqlər