S.Şoyqu regiondakı vəziyyəti Azərbaycan və Ermənistanla müzakirə edib
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycanın Baş Qərargah rəisi eləcə də Ermənistanın müdafiə naziri ilə telefonla danışıb .
SəhərAzəri-nin Rusiyanın Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, Rusiya MN öz bəyanatında bildirir:
"Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevlə telefonla danışıb. Regiondakı mövcud vəziyyətlə bağlı məsələlər müzakirə olunub".
Sergey Şoyqu Ermənistanın müdafiə naziri Suren Papikyan ilə də telefonla danışıb.
Rusiyanın Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, telefon söhbətində tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.
Başqa bir məlumata görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nümayəndə heyəti də İrəvana gedib.
nümayəndə heyəti Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.
Səfərdə məqsəd Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin monitorinqini həyata keçirməkdir.
Nümayəndə heyətinə KTMT-nin Birləşmiş qərargahının rəisi general-polkovnik Anatoli Sidorov rəhbərlik edir.