Sen 17, 2022 12:22 Asia/Baku
  • 10-dan çox erməni hərbçisi Azərbaycan tərəfindən əsir götürülüb

10-dan çox erməni hərbçisi Azərbaycan Respublikası ordusu tərəfindən əsir götürülüb.

SəhərAzəri-nin Armenpress-ə istinadən verdiyi məlumata əsasən, sentyabrın 13-14-də sərhəd toqquşmaları zamanı 10-dan çox erməni hərbçisi Azərbaycan tərəfindən əsir götürülüb. Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəliyinin mətbuat katibi Hasmik Samvelyan bildirib.

O deyib ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan əsirlərlə bağlı məlumat verməsini istəyib.

Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib. Buna cavab olaraq Ermənistan Azərbaycan ordusunun hücuma keçərək bəzi əraziləri ələ keçirdiyini iddia edib. 

Hər iki tərəf 2 gün davam edən toqquşmalarda canlı tələfat verib. Azərbaycan ordusu 79, Ermənistan isə 135 həbçisinin həlak olduğunu təsdiqləyib. 

 

 

Teqlər