Sen 20, 2022 10:42 Asia/Baku
  • Pelosinin Ermənistana səfəri nə ilə yadda qaldı? - TƏHLİL

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nansi Pelosinin Ermənistana nümayişkaranə səfəri başa çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, o, İrəvanda etdiyi çıxışında Ermənistan dövlətinə və Paşinyan hökumətinə total dəstəyini bəyan etməklə yanaşı deyib ki, Birləşmiş Ştatlar "Azərbaycanın Ermənistan ərazisinə endirdiyi ölümcül zərbələri qətiyyətlə pisləyir".

Pelosi Ermənistan parlamentinin rəhbəri Alen Simonyanla birgə keçirdiyi brifinqdə qeyd edib: "Ermənistanın ərazisinə və suverenliyinə hücum olub.”

O Qarabağ münaqişəsinə də toxunub. “ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi uzun müddətdir və aydın şəkildə bəyan edib ki, münaqişənin hərbi yolla həlli ola bilməz: Amerika tərəfi Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli sülh yolu ilə həllinə səy göstərərək hadisələrin gedişatını izləməkdə davam edir”, - deyə Plosi bildirib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin isə ittihamlara cavabı belə olub: “N.Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamlar qəbuledilməzdir. Zira son günlər Azərbaycan Respublikası ilə Ermənistan hərbçiləri arasında baş verən toqquşmalar əslində erməni tərəfinin təxribatlarının nəticəsidir.”

XİN pelosinin seçkilərə görə bu kimi hərəkətləri etdiyini bildirib və sonra belə əlavə edib: “Ümumiyyətlə, N.Pelosi ermənipərəst siyasətçi kimi tanınır və onun nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu bilavasitə nümayiş etdirir. ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir.”

Pelosi 1991-ci ildə Ermənistan Sovet İttifaqından müstəqil olduqdan sonra Cənubi Qafqazdakı bu kiçik ölkəyə səfər edən ən yüksək amerikalı rəsmidir. Təbii ki, bu səfər Azərbaycan Respublikası ilə Ermənistan arasında onlarla əsgərin ölümü ilə nəticələnən hərbi münaqişəyə Vaşinqtonun cavabı kimi qiymətləndirilə bilər.

Amerikanın Pelosinin Qafqaz regionuna səfərinin vacibliyi ilə bağlı iddiasına baxmayaraq, diqqət yetirilməli olan məsələ odur ki, regiondankənar güclərin, xüsusilə də ABŞ-ın Qafqaz işlərinə müdaxiləsi Vaşinqtonun Yaxın Şərqdəki oxşar təcrübəsi kimidir. Orada ABŞ-ın müdaxiləsi nəinki sabitliyə, sülhə gətirib çıxarmır, əksinə, gərginliyin artmasına səbəb olur. Əslində, Cənubi Qafqazda Azərbaycan Respublikası ilə Ermənistan arasında İkinci Qarabağ Müharibəsindən sonra kəskinləşən hazırkı münaqişə danışıqlar yolu ilə və region ölkələrinin iştirakı ilə həll edilməlidir. Pelosinin isə açıqlamaları yalnız vəziyyəti mürəkkəbləşdirir. Çünki Bakı ilə hazırkı münaqişədə İrəvana açıq-aşkar dəstək sadəcə olaraq gərginliyi artırır.

Belə görünür ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nansi Pelosinin ixtisası gərginlik və münaqişələri qızışdırmaqdır və bu, onun Tayvana son səfəri zamanı da mü.ahidə olundu. Pekinin bununla bağlı çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, Pelosinin 2 avqust 2022-ci ildə Tayvan adasına mübahisəli səfərindən sonra Çin və ABŞ arasında gərginlik artıb. Bu səfərdən dərhal sonra Pekin Vaşinqtonun müdaxiləçi hərəkətlərinə etirazını bildirdi. Ardınca Tayvan adası ətrafında təlimlər əhəmiyyətli dərəcədə artdı.

İndi isə Pelosinin Ermənistana səfəri və Ermənistan hakimiyyətini sevindirəcək, amma praktikada Vaşinqtondan İrəvana heç bir konkret və təsirli dəstəyini ortaya qoymayacaq. Nəticə etibarı ilə Pelosinin İrəvana səfəri Ağ Evin Cənubi Qafqazda siyasi və hərbi nüfuzunu artırmağa köklənib. Lakin onun Tayvana səfər təcrübəsində olduğu kimi, bu səfər regionda daha da gərginliyə səbəb olacaq.

Teqlər