Makron: Ermənistan Fransanın tam dəstəyinə arxalana bilər
https://azeri.sahartv.ir/news/qafqaz-i393404-makron_ermənistan_fransanın_tam_dəstəyinə_arxalana_bilər
Fransa prezidenti Emmanuel Makron Ermənistanın Müstəqillik Günü münasibətilə erməni həmkarı Vaaqn Xaçaturyana təbrik məktubunu göndərib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 22, 2022 11:03 Asia/Baku
  • Makron: Ermənistan Fransanın tam dəstəyinə arxalana bilər

Fransa prezidenti Emmanuel Makron Ermənistanın Müstəqillik Günü münasibətilə erməni həmkarı Vaaqn Xaçaturyana təbrik məktubunu göndərib.

SəhərAzəri-nin məlumatına əsasən, müraciətdə deyilir: "Ölkələrimiz arasında dostluq qədim və möhkəmdir. Biz bütün sahələrdə nümunəvi əməkdaşlığı inkişaf etdiririk. Ermənistan demokratiya və qanunun aliliyini gücləndirmək səylərində Fransanın tam dəstəyinə arxalana bilər. Fransa regionunuzda sabitlik, sülh və rifah naminə fəaliyyətini davam etdirmək əzmindədir.

 

 

Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ondan irəli gələn məsələlərin həllini qətiyyətlə dəstəkləyir. Fransa Minsk Qrupunun həmsədri kimi öz roluna tam sadiq qalaraq, tərəflər arasında dialoqun təşviqi üzrə Avropa İttifaqının səylərini dəstəkləyir. Bu baxımdan, xalqlarımızın mənafeyi naminə mənim şəxsi öhdəliyimə arxalana bilərsiniz."