Rəsmi Paris mövqeyini dəyişmək istəmir
Fransa erməni xalqı ilə çiyin-çiyinə dayanır
Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Fransa Senatında bildirib ki, Azərbaycanın Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə zərbələr endirməsi və hücumları BMT Nizamnaməsinin pozulmasıdır.
SəhərAzəri-nin məlumatına əsasən, fransalı nazir deyib: "Fransa erməni xalqı ilə çiyin-çiyinə dayanır. Bizim hekayələrimiz 1915-ci ildə Erməni Soyqırımının ardınca ölkəmiz qaçqınları qəbul etdikdən sonra bir-birinə bağlıdır. Biz erməni xalqı ilə həmrəylik nümayiş etdiririk və münaqişənin danışıqlar və sülh yolu ilə həllinə nail olana qədər bunu davam etdirəcəyik".
O qeyd edib ki, Fransa erməni hərbi əsirlərin azad edilməsi üçün fəal səylər göstərir.
Kolonna vurğulayıb ki, Fransa Avropa İttifaqı ilə birlikdə iki ölkə arasında davam edən dialoq prosesində iştirak edir.
“Prezident Makron bunu sabah bir sıra avropalı tərəfdaşları ilə davam etdirəcək, çünki o, sülh və beynəlxalq hüquqa sadiqdir”, – nazir bildirib.