Okt 18, 2022 12:05 Asia/Baku
  • Fransada Ermənistanla həmrəylik genişlənir

Erməni əsilli fransızlar və ermənilərin dostları bu günlərdə çoxları Parisdəki mənzillərinin pəncərələrindən və eyvanlarından Ermənistanın üçrəngli bayrağını asıblar.

SəhərAzəri-nin məlumatına əsasən, bundan əvvəl onlar Ukrayna bayraqlarını asırdılar, indi Ermənistan naminə səfərbərlik edirlər.

Fransa mətbuatında isə Azərbaycan və Türkiyəyə qarşı sərt ifadələr işlədilir, bu ölkələrdə diktatura rejimlərinin hakimiyyətdə olduğu iddia edilir. Eyni zamanda #Ermənistanı xilas et “ heşteqi ilə müraciətlərin sayı artmaqdadır. 

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron bu günlərdə mediaya müsahibəsində bir daha Ermənistanı dəstəklədiyini bildirib. 

Fransa prezidenti Rusiyanı Azərbaycan Respublikası və Türkiyənin oyununa daxil olmaqda və cənubi qafqazda destabilləşdirici rol oynamaqda ittiham edərək deyib: "Bu iki il ərazində sərhəddə nə baş verdi? Orada 5 min Rusiya hərbçisi var. Rusiya bu konfliktdən istifadə edərək, Azərbaycan və Türkiyənin müştərək oyununa daxil oldu, Ermənistanı zəiflətmək üçün ora qayıtdı. Burada baş verənlər Rusiyanın destabilləşdirici manevridir. Rusiya bizim hamımızı zəiflətmək və bölmək üçün Qafqazda iğtişaşlar yaratmağa çalışır”, lakin rəsmi Paris hər zaman Ermənistanın yanındadır", - Makron deyib.  

 

 

Teqlər