Fransa Ermənistana dəstəyi davam etdirməyə hazırdır
Fransalı deputat: Çətinliklərin öhdəsindən gəlmək üçün bizə güvənə bilərsiniz
Okt 29, 2022 08:07 Asia/Baku
Ermənistanın baş naziri Fransa parlamentinin Fransa-Ermənistan dostluq qrupunun nümayəndə heyətini qəbul edib.
SəhərAzəri-nin məlumatına əsasən, görüşdə Cənubi Qafqaz regionunda baş verən proseslər, Avropa İttifaqının Ermənistandakı missiyasının davam edən fəaliyyəti müzakirə olunub. Baş nazir Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri ölkə kimi mühüm rolunu vurğulayıb.
Paşinyan son illər Ermənistan və Fransa arasında münasibətlərin yeni dinamika almasını və bunun nəticəsi olaraq müxtəlif səviyyələrdə tez-tez qarşılıqlı səfərlərin olmasını yüksək qiymətləndirib.
Ann-Lorens Petel də hakim partiyanın nümayəndəsi kimi Fransanın çətinliklərin öhdəsindən gəlmək üçün Ermənistana dəstəyini davam etdirməyə hazır olduğunu bildirib.