Fransalı deputat: Çətinliklərin öhdəsindən gəlmək üçün bizə güvənə bilərsiniz
https://azeri.sahartv.ir/news/qafqaz-i394512-fransalı_deputat_Çətinliklərin_öhdəsindən_gəlmək_üçün_bizə_güvənə_bilərsiniz
Ermənistanın baş naziri Fransa parlamentinin Fransa-Ermənistan dostluq qrupunun nümayəndə heyətini qəbul edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2022 04:37 Asia/Baku
  • Fransalı deputat: Çətinliklərin öhdəsindən gəlmək üçün bizə güvənə bilərsiniz

Ermənistanın baş naziri Fransa parlamentinin Fransa-Ermənistan dostluq qrupunun nümayəndə heyətini qəbul edib.

SəhərAzəri-nin məlumatına əsasən, görüşdə Cənubi Qafqaz regionunda baş verən proseslər, Avropa İttifaqının Ermənistandakı missiyasının davam edən fəaliyyəti müzakirə olunub. Baş nazir Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri ölkə kimi mühüm rolunu vurğulayıb.

Paşinyan son illər Ermənistan və Fransa arasında münasibətlərin yeni dinamika almasını və bunun nəticəsi olaraq müxtəlif səviyyələrdə tez-tez qarşılıqlı səfərlərin olmasını yüksək qiymətləndirib.

Ann-Lorens Petel də hakim partiyanın nümayəndəsi kimi Fransanın çətinliklərin öhdəsindən gəlmək üçün Ermənistana dəstəyini davam etdirməyə hazır olduğunu bildirib.