Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirir
Erməni nazir: Problemlərin həlli üçün düzgün yol tapılmalıdır
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri bildirib ki, Azərbaycan ilə mümkün sülh müqaviləsinin imzalanmsı düzgün yoldur.
SəhərAzəri-nin məlumatına əsasən, Qnel Sanosyan bu barədə Armenpress-ə deyib: “Mütəmadi olaraq bildirilir ki, sülh müqaviləsi həm də suveren ərazimizin bərpasını nəzərdə tutur”.
Erməni nazir əlavə edib ki, sülh müqaviləsi Azərbaycan ordusunun Ermənistanın suveren ərazisindən çıxarıldığı zaman imzalanacaq.
Rəsmi İrəvan beynəlxalq platformalarda Azərbaycanı qonşu ölkənin ərazilərinə təcavüz etməkdə ittiham edir.
Qərb dövlətləri son həftələrdə dəfələrlə Azərbaycanı öz hərbi birləşmşələrini Ermənistan torpaqlarından çıxmağa çağırıb. İran İslam Respublikası isə sərhədlərin toxunulmazlığı prinsipinə riayət etməyi vacib hesab edir.