Dek 10, 2022 15:12 Asia/Baku
  • Şoyqu: Ermənistan Rusiyanın Cənubi Qafqazdakı əsas strateji tərəfdaşıdır

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin müdafiə nazirlərinin Moskvada keçirilən görüşü çərçivəsində Ermənistan və Rusiyanın müdafiə nazirləri arasında görüş keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, bu görüşdə rusiyalı nazir Sergey Şoyqu deyib: “Ermənistan KTMT çərçivəsində bizim müttəfiqimiz və Cənubi Qafqazda əsas strateji tərəfdaşımızdır. Biz regionda sabitliyin qorunmasında çox maraqlıyıq və və Ermənistan Silahlı Qüvvələrinin potensialının artırılmasına köməklik göstəririk”.

Görüşdə Ermənistan və Rusiya müdafiə nazirləri iki nazirliyin 2023-cü il üçün əməkdaşlıq proqramını təsdiqləyiblər.

 

Teqlər