Vardanyan Sabaha kütləvi mitinq elan etdi
Artıq 3 aydan çoxdur ki, Azərbaycan Respublikasının Rusiyanın nəzarətində olan ərazisində ictimai-siyasi və maliyyə fəaliyyəti ilə məşğul olan rusiyalı erməni milyarder Ruben Vardanyan bu gün Xankəndinə qaz verilişinin bərpasını özü üçün qələbə adlandırıb.
separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” bu haqda özünün “Facebook” səhifəsində yazıb.
Vardanyan bu gün – dekabrın 16-da Xankəndi-Şuşa-Laçın-Gorus yolunun açılacağını da vurğulayıb. Bundan əlavə, o sabah – dekabrın 17-si üçün Xankəndində kütləvi anti-Azərbaycan mitinqi keçiriləcəyini də bildirib.
“Sabah mən mitinq elan edirəm, onu gündüz saat üçdə Stepanakertdə keçirməliyik. Və hər kəsi gücümüzü, birliyimizi göstərmək üçün bu mitinqdə iştirak etməyə çağırıram”- Vardanyan deyib.
Xatırladaq ki, 2 gündür Ermənistan və 44 günlük müharibədən sonra da Qarabağda öz fəaliyyətini davam etdirən separatçı rejim Qarabağın ermənilər məskunlaşan hissəsinə qazın kəsilməsinə görə Azərbaycanı ittiham edir. “Azəriqaz” isə bu iddiaları təkzib edir.
Dekabrın 12-dən isə bir qrup azərbaycanlı Şuşa-Xankəndi yolunda aksiya keçirərək rusiyalı sülhməramlıların komandanı ilə görüş tələb edir. Bu tələbə hələ ki, Rusiya tərəfindən etina edilmir, eyni zamanda ABŞ, Aİ və Fransa aksiyaya dərhal son qoyulmasına çağırıb.