Dek 27, 2022 15:37 Asia/Baku
  • iqtisadiyyat
    iqtisadiyyat

Ermənistan Statistika Komitəsinin açıqladığı məlumatlara görə, ölkənin iqtisadi aktivlik indeksi 2022-ci ilin yanvar-noyabr aylarında 2021-ci ilin eyni dövrü ilə müqayisədə 14,4% artıb.

SəhərAzəri- Qeyd olunur ki, sənaye istehsalının həcmi 8,4 faiz artıb. Tikinti sahəsində isə 13,9% artım müşahidə olunur.

Bu məlumata əsasən, ticarət dövriyyəsi 16,2 faiz, xidmətlər isə 28,2 faiz artıb. Həmçinin elektrik enerjisi istehsalının həcmi 16,8 faiz artıb.

Ümumilikdə xarici ticarət dövriyyəsində 67,8 faiz qeydə alınıb.

 

 

Teqlər