Ermənistan XİN rəhbəri rusiyalı həmkarına cavab verdi
“Daimi təhdidlər fonunda keçirilən görüş məhsuldar olmaz”
Dek 27, 2022 21:39 Asia/Baku
Ermənistanın xarici işlər naziri rusiyalı həmkarı Segey Lavrovun erməni tərəfinin dekabrın 23-də keçirilən üçtərəfli görüşdən imtina etməsi ilə bağlı dediklərindən təəccüblənib.
Ararat Mirzoyan deyib: “Laçın dəhlizinin Azərbaycan tərəfindən qeyri-qanuni blokadaya alınması nəticəsində yaranmış humanitar böhranı nəzərə alaraq, Ermənistan tərəfi görüşün təxirə salınmasını xahiş etdi və bu mövzu Rusiya Federasiyasının Ermənistandakı səfirliyinə çatdırıldı. Ona görə də cənab Lavrovun bundan xəbərsiz olduğunu və KİV-dən öyrəndiyini bildirməsi təəccüblüdür”.
Onun sözlərinə görə, daimi təhdidlər və güc tətbiqinin daim yeni təzahürləri fonunda konstruktiv və məhsuldar görüşlər keçirmək çətindir.