Vardanyan Rusiya, İngiltərə yoxsa sionistlərin adamıdı?!
Erməni polittexnoloq Armen Badalyan deyib ki, Ermənistan Qarabağdan əl çəksə də, Rusiya əl çəkməyəcək.
Armen Badalyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib:
"Azərbaycanda həqiqətən çox gözəl başa düşürlər ki, Ermənistan Qarabağdan əl çəksə də, Rusiya əl çəkməyəcək. Artıq Rusiyanın Qarabağda iki faktoru var: sülhməramlı qüvvələr və Ruben Vardanyan".
Erməni polittexnoloqa görə, bir müddət sonra hərbi sahənin Araik Arutyunyanın nəzarətindən tamamilə çıxarılaraq tam şəkildə Ruben Vardanyaın əlinə keçməsi mümkündür: “Başqa sözlə, Rusiya Qarabağın hərbi sferasını Ermənistanın nəzarətindən tamamilə çıxarmaq istəyir, ona görə də Azərbaycan Ruben Vardanyanın hakimiyyətdən uzaqlaşdırılmasını tələb edir. Onlar başa düşürlər ki, Ruben Vardanyan Qarabağ ermənilərinə Rusiyanın nəsə edəcəyinə ümid verir.” Badalyan bildirib.
Onun fikrincə Ukraynanın resursları demək olar ki, tükənib: “Hesablamalar var ki, Rusiya böyük uğur qazanacaq və bu halda heç kəs onu Rusiyanı Qafqazdan çıxarmağa cəhd belə, etməyəcək. Ona görə də indi hərəkətlər belə sürətlənib”, - deyə Badalyan vurğulayıb.
"Vedmina izba – 2 "YouTube" kanalında özünü "cadugər" kimi təqdim edən ezoterik mütəxəssis İnqa Xosroyeva isə Qarabağdakı qanunsuz separatçı hakimiyyətin oradakı hayları Ermənistana köçürmək niyyətini açıqlayıb.
"ArmenianReport"un yaydığı məlumata görə o, Ruben Vardanyanı ingiltərə agenti, arvadının isə xəbis yəhudi adlandırıb.
"Ruben Vardanyan gələn kimi Artsaxı mühasirəyə aldılar. O, hər gün çıxır, xalqı sakitləşdirir...İndi qulaq asın. Gizli sənədlər üzə çıxarmışıq... 2022-ci il noyabrın 16-da sizi hər gün yuxuya verən, "hər şey qaydasındadır, hər şey yaxşıdır" deyən sizin tərifli Ruben Vardanyan əmr yazıb ki, 2023-cü il fevralın 1-də Artsaxı boşaltmaq üçün 50 avtobus ayrılsın. Fevralın 1-də sizin hakimiyyət hamınızı oradan evakuasiya edəcək...
Vardanyana inanırsınız, amma o, bunu artıq noyabrın 16-da planlaşdırıb. Siz hələ blokadada deyildiniz, lakin Ruben Vardanyan artıq bu mühasirəni planlaşdırıb ki, mühasirəyə alınacaqsınız, yol bağlanacaq, aclıqdan öləcəksiniz və sonra oradan getmək qərarına gələcəksiniz" -deyə ezoterik vurğulayıb.