Ermənistan Laçın dəhlizi barədə heç kəslə müzakirə aparmayacaq
https://azeri.sahartv.ir/news/qafqaz-i396541-ermənistan_laçın_dəhlizi_barədə_heç_kəslə_müzakirə_aparmayacaq
Ermənistan parlamentinin sədri bildirib ki, rəsmi İrəvan Laçın dəhlizinin açılması üçün Azərbaycanla danışıqlara getməməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2023 16:03 Asia/Baku
  • Ermənistan Laçın dəhlizi barədə heç kəslə müzakirə aparmayacaq

Ermənistan parlamentinin sədri bildirib ki, rəsmi İrəvan Laçın dəhlizinin açılması üçün Azərbaycanla danışıqlara getməməlidir.

SəhərAzəri-nin məlumatına əsasən, Alen Simonyan bu barədə deyib: “Ermənistan Laçın dəhlizi ilə bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tərəfi deyil. Qarabağ hakimiyyətinin Azərbaycanla birbaşa danışıqlar aparmaq imkanı var və onlar problemlə özləri məşğul olurlar, Ermənistan da Xankəndinin hər bir qərarını dəstəkləyəcək.

Ermənistan Milli Assambleyanın prezidenti jurnalistlərlə keçirdiyi brifinqdə qeyd edib ki, Qarabağ hakimiyyəti bu və ya digər şəkildə Azərbaycan hakimiyyətinin nümayəndələri, eləcə də Rusiya hərbi kontingentinin nümayəndələri ilə birbaşa əlaqədədir.

Ermənistanın “niyə Laçın dəhlizi məsələsi ilə bağlı Azərbaycanla danışıqlar aparmır” sualına Simonyan belə cavab verib: “Əgər Ermənistan tərəf olarsa, o zaman 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatı ləğv etmiş olacaq”.

Onun fikrincə, Azərbaycanın məqsədi Ermənistan ərazisindən analoji dəhlizin açılmasına nail olmaq üçün Ermənistanı bu dialoqa cəlb etməkdir. Məhz bunu nəzərə alaraq Ermənistanın xarici işlər naziri dekabrda Moskvada Rusiya və Azərbaycanla nəzərdə tutulan üçtərəfli görüşdə iştirak etmədi.