Ermənistan demokratik islahata başlayıb, Azərbaycan isə demokratiyadan məsafə saxlayır
Ermənistan 2022-ci il Demokratiya İndeksində irəliləyib
Ermənistan Respublikasının 2022-ci il Demokratiya İndeksində irəlilədiyi bildirilir.
Armenpress Economist Intelligence Unit tərəfindən dərc edilən hesabata istinad edərək xəbər verir ki, Ermənistan dövləti Demokratiya İndeksində 7 pillə irəliləyərək 82-ci yerdə qərarlaşıb.
Qonşu Gürcüstan və Azərbaycan müvafiq olaraq 90 və 134-cü yerdədir. Həmçinin Türkiyə 103-cü yerdədir.
Təşkilata görə, regionda hələ də “tam demokratiya” yoxdur: 28 ölkədən 16-sında “qüsurlu demokratiya” hökm sürür. Və səkkizində yəni Azərbaycan, Belarus, Rusiya və Mərkəzi Asiya ölkələrində “avtoritar rejimlər” mövcuddur.
Ermənistan parlamentinin spikeri Alen Simonyan tvitində bu hesabata münasibət bildirərkən yazıb: “Seçki prosesi, plüralizm, hökumətin fəaliyyəti, siyasi iştirak mədəniyyəti, vətəndaş azadlıqları sahəsində rekordumuz regionda ən yüksək səviyyədədir. Ermənistan hökuməti öz vətəndaşlarının həyat keyfiyyətini yaxşılaşdırmaq üçün demokratik islahatları davam etdirməyə sadiqdir”.