Separatçıların liderləri Moskvada danışıqlar aparır?
Arutyunyanın görüşlərinə Bakıdan rəsmi reaksiya yoxdur
Dağlıq Qarabağın separatçı "prezidenti" Araik Arutyunyan Rusiyaya gedib, burada müxtəlif rəsmi səviyyələrdə görüşlər keçirib, Rusiyanın Qarabağla bağlı mövqeyini müzakirə edib.
Bu barədə Ermənistanın "Qrapark" nəşri xəbər verib. Bildirlir ki, o, 4 gün əvvəl geri qayıdıb. Bundan sonra separatçı rejimin "dövlət naziri" Ruben Vardanyan Moskvaya gedib. O, hələ də Moskvadadır və orada eyni məsələləri müzakirə edir.
Qeyd edək ki, Arutyunyan və Vardanyanın Bakıdan xəbərsiz Qarabağdan neçə çıxdığı hələlik aydın deyil.
Laçın yoluna Azərbaycanlılar nəzarət edir və bu yoldan separatçıların keçdiyini heç kim görməyib. Onlar Rusiya sülhməramlıları ilə birlikdə Xocalıdan helikopterlə gediblərsə, deməli, Bakı buna razılıq verib