Rusiyalı politoloq Kremlin Cənubi Qafqaz siyasətini tənqid etdi
Rusiya Ermənistanı itirmək ərəfəsindədir
Rusiyada tanınmış politoloq, Moskva Humanitar Universitetinin beynəlxalq münasibətlər və diplomatiya kafedrasının müdiri Kremlin Cənubi Qafqaz siyasətini tənqid etdi
SəhərAzəri-nin məlumatına əsasən, Nikolay Platoşkin deyib ki, Rusiya Ermənistanı itirmək ərəfəsindədir və əgər biz Ermənistanı müttəfiq kimi saxlamasaq, o zaman Rusiyanın xarici siyasətinin perspektivi çox qaranlıq olacaq və bunun Qafqazda ikinci cəbhənin yaranmasına gətirib çıxaracağı da istisna edilmir.
Onun sözlərinə görə, Türkiyə, Azərbaycan və İsrail Rusiyanı aşağılamaq üçün hər şeyi edirlər. İndi də bundan istifadə edən Qərb dövlətləri Ermənistana deyirlər: “Müttəfiqləriniz nəyə lazımdır? Kömək etməyəcəklər, bizə gəlin, lazım olsa kömək edəcəyik”, – deyə Platoşkin bildirib.
Politoloq qeyd edib ki, Rusiya bölgədə özünə qarşı ikinci cəbhənin açılmasının qarşısını almalıdır.