Rusiyanın Ermənistandakı səfiri Qarabağda yaranmış vəziyyətə münasibət bildirdi
https://azeri.sahartv.ir/news/qafqaz-i397361-rusiyanın_ermənistandakı_səfiri_qarabağda_yaranmış_vəziyyətə_münasibət_bildirdi
Sergey Kupirkin: Rusiya Qarabağ ermənilərinin taleyi məsələsində etinasız deyil
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 13, 2023 15:13 Asia/Baku
  • Sergey Kupirkin
    Sergey Kupirkin

Sergey Kupirkin: Rusiya Qarabağ ermənilərinin taleyi məsələsində etinasız deyil

Rusiya Federasiyasının Ermənistandakı səfiri Qarabağda yaranmış vəziyyətə münasibət bildirib.

Sergey Kupirkin bildirib ki, Dağlıq Qarabağın taleyinin necə olacağı, Qarabağ ermənilərinin taleyinin necə formalaşacağı Rusiyanı çox maraqlandırır.

“Sputnik Armeniya”ya müsahibəsində bu məqama toxunan diplomat qeyd edib ki, Rusiya erməni əhalisinin orada özlərini rahat və təhlükəsiz hiss etməsini çox vacib sayır. Və bu, orada yerləşdirilən sülhməramlı kontingentin əsas məqsədidir.

Kopirkinin fikrincə, sülh o zaman davam edə bilər ki, münaqişə tərəfləri sülh sazişinə əsaslanan sazişi ədalətli qəbul etsinlər. Və Rusiya heç kəsi məcbur etməyəcək.