Azərbaycan Laçın dəhlizi boyunca hərəkətin azadlığını təmin etməlidir
https://azeri.sahartv.ir/news/qafqaz-i397472-azərbaycan_laçın_dəhlizi_boyunca_hərəkətin_azadlığını_təmin_etməlidir
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Azərbaycan Laçın dəhlizi boyunca hərəkətin azadlığını və təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2023 04:01 Asia/Baku
  • Azərbaycan Laçın dəhlizi boyunca hərəkətin azadlığını təmin etməlidir

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Azərbaycan Laçın dəhlizi boyunca hərəkətin azadlığını və təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə çağırıb.

Cozep Borrell Avropa İttifaqı adından bildirib ki, Aİ Laçın dəhlizi boyunca və ətrafında baş verən prosesləri və onların humanitar nəticələrini diqqətlə izləyir.

Onun sözlərinə görə, Aİ hərəkət azadlığına və həyati əhəmiyyətli malların tədarükünə davam edən məhdudiyyətlərin yerli əhali üçün yaratdığı sıxıntıdan ciddi şəkildə narahatdır.

O həmçinin qeyd edib ki, üçtərəfli bəyanata görə, Laçın dəhlizinə nəzarət edən Rusiyanın da məsuliyyəti vurğulanmalıdır.