Fev 23, 2023 10:19 Asia/Baku
  • Beynəlxalq Ədalət Məhkəməsi
    Beynəlxalq Ədalət Məhkəməsi

“Minalar məsələsində Ermənistanın öhdəliyi yoxdur”

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan Respublikasının Ermənistana qarşı müvəqqəti tədbirlərin görülməsinə dair tələbini rədd edib.

Qərarda qeyd edilir: “Məhkəmə hesab etmir ki, İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitə Ermənistanın üzərinə Azərbaycanın minalardan təmizlənməsini həyata keçirməyə imkan verəcək tədbirlər görmək və ya minaların basdırılmasını dayandırmaq üçün hər hansı öhdəlik qoyur. Azərbaycan Ermənistanın minalarla bağlı iddia edilən davranışının “Azərbaycanın milli və ya etnik mənşəli şəxslərin hüquqlarının tanınması, istifadə edilməsi və ya həyata keçirilməsini bərabər əsasda ləğv etmək və ya pozmaq məqsədi və ya nəticəsi olduğunu” göstərən sübutları təqdim etməyib.”

Bununla yanaşı Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanı Laçın dəhlizində hərəkəti fasiləsiz təmin etməyə çağırıb.

Bildirilir ki, Azərbaycan hökuməti dəhlizdə hər iki istiqamətdə nəqliyyatın və insanların fasiləsiz hərəkətini təmin etməyə borcludur.

 

Teqlər