Fev 27, 2023 09:47 Asia/Baku
  • Aram Səfəryan: Rusiya bizim müttəfiqimizdir!

Erməni politoloq İrəvanı Avropa İttifaqı ilə əməkdaşlıqda ehtiyatlı olmağa və Moskvanı qıcıqlandırmamağa çağırdı

Avrasiya Ekspert Klubunun koordinatoru Aram Səfəryan İrəvanda keçirilən dəyirmi masada Paşinyan hökumətini Avropa İttifaqı ilə əməkdaşlıqda ehtiyatlı olmağa və Moskvanı qıcıqlandırmamağa çağırıb.

Politoloq deyib ki, Ermənistanın Rusiya ilə əlaqələrinin təməli möhkəmdir və Aİ rəsmiləri bunu yaxşı bilir.

Aram Səfəryanın fikrincə, Rusiya ermənilərin müttəfiqidir və Ermənistan hökuməti bunu qoruyub saxlamaq üçün bütün vasitələrdən istifadə etməlidir. Eyni ilə Moskva da bilməlidir ki, Ermənistan ona xəyanət etməyəcək.

Politoloq əlavə edib: “İrəvan vəsvəsələrdən qaçmalıdır. Ölkənin ruslar, amerikalılar və fransızlar arasındakı ziddiyyətlər üzərində oynamağa çalışması düzgün olmazdı. Rusiya ilə Qərbin qarşıdurmasından dividendlər götürə biləcəyimizi düşünmək böyük səhv olar”.

Politoloq Səfəryan qeyd edib ki, Avropa İttifaqı ilə münasibətlər qurarkən Ermənistan hökuməti ifrata varmaqdan çəkinməli və xüsusilə Ermənistana gələn Avropa rəsmilərinin Rusiya əleyhinə bəyanatlar verməməsini təmin etməlidir.

 

 

 

Teqlər