Mart 09, 2023 13:54 Asia/Baku
  • Luis Bono: Qarabağ məsələsi sülh sazişinə salınmalıdır

ABŞ Dövlət katibinin Qafqaz danışıqları üzrə aparıcı müşaviri Luis Bono bildirib ki, Dağlıq Qarabağ məsələsi sülh sazişinə salınmalıdır.

SəhərAzəri-nin məlumatına əsasən, Bono deyib ki, ABŞ-ın indiki Ermənistan-Azərbaycan prosesində rolu vasitəçilikdən ibarətdir. “Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqlarının təmin olunması mexanizmi çox vacib məsələdir. Və bunun üçün möhkəm, davamlı, balanslı sülh sazişinə Dağlıq Qarabağ məsələsi salınmalıdır. Bunu sona çatdırmaqda qərarlıyıq, əhəmiyyətini anlayırıq”, - deyə amerikalı diplomat vurğulayıb.

Qeyd edək ki, Azərbaycan rəsmiləri Qarabağı daxili məsələ sayır, regiondakı erməni əhalinin ölkənin bütün vətəndaşları ilə eyni hüquqlara malik olduğunu bildirib.

Qarabağ məsələsinin sülh sazişinə salınması haqda isə Ermənistan tərəfdən fərqli açıqlamalar gəlir. Ölkənin yüksək rütbəli məmurları bu məsələnin sülh sazişinə salınmaması haqda bəyanatlar da səsləndirib.

Ötən həftə Azərbaycan rəsmi olaraq Qarabağ erməniləri ilə görüş keçirildiyini açıqladı. Separatçılar isə görüşdən sonra iddia etdilər ki, müzakirələrdə reinteqrasiya məsələsi müzakirə olunmayıb.

Azərbaycandakı tayfa rejimi Qarabağ münaqişəsinin bitdiyini dəfələrlə iddia etsə də, görünür Qarabağ düyünü asanlıqla açılmayacaq. Xüsusilə də ABŞ və Rusiyanın bu konfliktə münasibətləri tamamilə fərqlidir. Belə ki, Rusiya Cənubi Qafqazı özünün nəzarət zonası sayaraq yeganə söz sahibi kimi qalmaqda israrlıdır, ABŞ isə Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq üçün bütün vasitələrə əl atır, erməniləri müharibəyə hazırlamaq və Kremlin sülh təşəbbüsünə zərbə vurmaq onun planlarına daxildir.  

 

Teqlər