Aliməqamlı Rəhbərin müşaviri tərəfindən yazılan məqalə Ermənistan mediasının gündəmi olub
Əli Əkbər Vilayəti Azərbaycanla İran arasında müharibəni istisna edir
Aliməqamlı Rəhbərin müşaviri tərəfindən yazılan məqalə Ermənistan mediasının gündəmi olub.
Arminfo Xəbər Agentliyi bu haqda bildirir: “İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Azərbaycan və İran arasında müharibə ehtimalını istisna edib.
O, xüsusilə qeyd edib ki, İslam İnqilabından sonra İran İslam Respublikası 15 qonşu ölkədən heç birinə hücum etməyib və etməyəcək.
“Mən qəti şəkildə inanıram ki, İran İslam Respublikası təkcə öz mənafeyini və təhlükəsizliyini deyil, həm də regionda qonşu ölkələrin maraq və təhlükəsizliyini qoruyur və bunu özünün regional öhdəliklərindən biri hesab edir. Bu istiqamətdə İran regionun təhlükəsizliyini pozan hər şeyin öhdəsindən gələcək və biz açıq şəkildə bildiririk ki, sionist rejim kimi saxta kimliyə malik bəzi tərəflərin və ABŞ kimi ekspansionist xarakterli ölkələrin xəyalları gerçəkləşməyəcək. iki ölkə arasında müharibə olmayacaq”, - deyə Vilayəti vurğulayıb.