Rusiya sülhməramlıların komandanı dəyişir
Ermənistan mediası Rusiyanın Azərbaycan ərazilərindəki sülhməramlılarının komandanının dəyişməsindən xəbər veriblər.
SəhərAzəri-nin məlumatına görə, erməni mediası yazır ki, Rusiya hakimiyyəti Qarabağdakı Rusiya sülhməramlılarının komandiri Aleksandr Volkovu başqa bir şəxslə əvəzləyərək geri çağırmaq qərarına gəlib.
Məlumatda deyilir ki, yeni komandir rütbəcə general-polkovnikdir, Rusiya müharibələrində iştirak etmiş mahir hərbçidir. O, Rusiya Müdafiə Nazirliyində iradəli keyfiyyətləri ilə tanınır. Yeni komandan Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir, onunla uzun illər çalışıb. Deyilənə görə, vəziyyəti nizamlamağa gəlir.
Bu dəyişiklik o deməkdir ki, Rusiya tərəfi Volkovun fəaliyyətindən narazıdır. Ona görə də onlar daha təcrübəli, həm də daha yüksək statusa və əlaqələrə malik olan şəxsi gətirmək qərarına gəliblər.
Məlumatda əlavə olaraq bildirilir ki, yeni komandirə Azərbaycanın qarşısını almaq və yenidən nəzarəti ələ keçirmək tapşırılıb.
“Bizə Rusiya mənbələrindən bildirdilər ki, yeni komandirə Qarabağ yolunun normal işləməsinin Rusiya Federasiyası üçün qırmızı xətt olduğunu və yolda yerləşdirilən nəzarət-buraxılış məntəqəsinə müstəsna olaraq Rusiya hərbçiləri tərəfindən nəzarət edilməli olduğu bildirilib”,- Erməni mediası yazır.
Qarabağdan öyrəndik ki, Aleksandr Volkov artıq getməyə hazırlaşır. Güman edilir ki, yeni komandir yaxın günlərdə gələcək və artıq yoldadır”, – deyə media bildirib.
Ermənistan medialarında General-mayor Andrey Volkovu əvəz edəcək şəxsin general-polkovnik Aleksandr Lentsov olduğu deyilir.
Bəzi erməni medialar General-polkovnik Aleksandr Lentsovun artıq Qarabağda olduğunu bildiriblər.
Erməni mediası öz mənbələrinə istinadla məlumat bildirir ki, Lentsov Laçın sərhəd-keçid məntəqəsinə də baş çəkib.