Apr 27, 2023 19:55 Asia/Baku
  • Aleksandr Lentsov fəaliyyətə başlayıb

Rusiyanın Qarabağdakı sülhməramlılarına Aleksandr Lentsov yeni komandan təyin edilib.

SəhərAzəri-nin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin bülletenində deyilir ki, aprelin 25-də Quru Qoşunlarının baş komandanının müavini general-polkovnik Aleksandr Lentsov Qarabağdakı Rusiya sülhməramlılarının komandanı təyin edilib.

Rusiya Federasiyası Müdafiə nazirinin keçmiş müşaviri A. Lentsov 2020-ci ilə qədər Quru Qoşunları Ali Baş Komandanının müavini olub. Çeçenistandakı birinci və ikinci müharibələrdə, eləcə də Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında döyüş əməliyyatlarında iştirak edib.

Bundan əvvəl Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə general-mayor Andrey Volkov komandanlıq edirdi.

 

Teqlər