Apr 28, 2023 16:56 Asia/Baku
  • Lentsovun həyat yoldaşı milliyyətcə ermənidir

Rusiyanın Qarabağdakı sülhməramlılarının yeni rəhbəri, general-polkovnik Aleksandr Lentsovun arvadının milliyyətcə erməni olduğu deyilir.

SəhərAzəri-nin məlumatına görə, Bakı mediyası Rusiyada yaşayan azərbaycanlı professor Kamran Rüstəmova istinadla bildirir ki, Rusiyalı 67 yaşlı general Lentsovun həyat yoldaşı milliyyətcə ermənidir.

professor Kamran Rüstəmov bildirir ki, bu fakt milyarder Vardanyanın dolayısı ilə başçılıq etdiyi Qarabağ sep aratçılarına ümidlər verdi. Görünür, təkcə bu fakt yox, eləcə də bəzi qərbyönümlü dağıdıcı qüvvələr Rusiyanın özündə də onu Cənubi Qafqaz avantürasına çəkməyə çalışırlar.

Professora görə, Vardanyanın Azərbaycana qarşı hədə-qorxu ilə səsləndirdiyi bəyanatları sübut edir ki, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına soxulmuş cinayətkar ünsürlər silahlı terror qruplaşmaları ilə birlikdə bütün Qarabağdakı erməni icmasını öz aqoniyasında yaşatmağa hazırdırlar.

Digər tərəfdən Ermənistan mediyaları bildirir ki, Aprelin 27-də Rusiya sülhməramlı kontingentinin yeni komandiri general-polkovnik Aleksandr Lensov Qarabağ separatçılarının lideri Araik Arutyunyanla görüşüb.

Məlumata görə, görüş zamanı tərəflər 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının davamlı şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Arutyunyan bildirib ki, Rusiya sülhməramlılarının Qarabağ və Ermənistan arasında ikitərəfli əlaqədəki  bütün maneələri "qısa müddətdə" aradan qaldırmasını, "blokada"nın götürülməsini, Laçın dəhlizi rejiminin saxlanmasını, mühüm infrastrukturların normal fəaliyyətinin təmin edilməsini və digər məsələlərin həllini gözləyir.

Aprelin 27-də brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarından dəhlizin zorla açılmasına dair tələbinə cavab olaraq belə deyib: "Rusiya sülhməramlılarından başqa heç kim dəhlizə nəzarət etməməlidir"

 

 

Teqlər