Ermənistan İranın Çabahar limanında iştiraka çalışır
İranın Çabahar limanının önəminə təkid edən Ermənistan baş naziri ölkəsinin bu limandakı layihələrin icrasında iştirak etməsini istəyib.
SəhərAzəri-nin məlumatına görə, Nikol Paşinyan bu gün İranın Çabahar limanında operatora çevrilmək və yeni beynəlxalq nəqliyyat marşrutunun salınması istiqamətində işçi qrupunun təşkili barədə hökm imzalayıb.
Ermənistan baş nazirinin hökmünə əsasən, bu işçi qrupu Ermənistan vasitəsilə müxtəlif beynəlxalq yükdaşıma yollarının qaydaya salınmasını yüksək sürətlə təşkil edəcək.
Sözügedən işçi qrupunun məqsədləri həmçinin Ermənistanın iştirakı ilə yükdaşıma üzrə yeni marşrutun genişləndirilməsinə şamil olur və Gürcüstan və Qara dəniz vasitəsilə Şərqi Asiya ölkələri, Hindistan və İranı Avropaya qovuşdurur.
Nikol Paşinyan həmçinin İrəvanın İranın Çabahar limanının nəqliyyat işlərinin sürətləndirilməsinə kömək istiqamətində daha artıq iştirakına təkid edib.
Ekspertlər və analitiklər inanırlar ki, İranın Çabahar limanının beynəlxalq şimal-cənub nəqliyyat marşrutu ilə əlaqəsi, Mərkəzi Asiya ölkələrilə əlaqəni və bu ölkələrdə investisiya imkanını artıracaq.