Rusiya Qara dənizdən taxıl ixracatının uzadılması ilə şərtli surətdə razılaşıb
Rus tərəf Qara dənizdən taxıl ixracatı müzakirələrində bu haqda razılaşmanın imzalanmasını qarşı tərəf vasitəsilə onun icrası üçün lazımi zəmanətlərin verilməsilə şərtləndirib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin müxbirlərlə müsahibədə bildirib ki, Moskva onun tələblərinin təmin edilməsinə lazım olan zəmanətlərin mayın on səkkizinədək alınmayacağı təqdirdə, razılaşmanı ləğv edəcək.
Rusiya taxılı və gübrəsinin ixracat imkanının yaradılması və bu ölkənin kənd təsərrüfatı bankının Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinə qoşulması, Moskvanın qarşı tərəflərdən olan tələblərindəndir.
Bir məlumatlı mənbə də bildiribdir ki, Qara dənizdən taxıl ixracatına dair razılaşma qarşıdakı bir-iki gün ərzində iki ay müddətinə uzadılacaq.
Bu məlumatlı rəsmi Qara dənizdən taxıl ixracatına dair öncəki razılaşmanın müddətinin mayın on səkkizində bitməsinə işarə ilə, ehtimal veribdir ki, həmişəki kimi Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan öz rus həmkarı Vladimir Putinlə telefon söhbətindən sonra bu razılaşmanı elan edəcək.
Bu, Rusiya tərəfindən taxıl ixracatı razılaşmasının sonuncu uzadılması ola bilər- deyə, sözügedən rəsmi bildirib.