“Üçtərəfli razılaşmaların yerinə yetirilməsi nizamlanmaya aparan yoldur”
https://azeri.sahartv.ir/news/qafqaz-i399937-Üçtərəfli_razılaşmaların_yerinə_yetirilməsi_nizamlanmaya_aparan_yoldur
Kremlin mətbuat katibi Dmitri Peskov liderlərin Brüssel danışıqlarına münasibət bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2023 06:55 Asia/Baku
  • “Üçtərəfli razılaşmaların yerinə yetirilməsi nizamlanmaya aparan yoldur”

Kremlin mətbuat katibi Dmitri Peskov liderlərin Brüssel danışıqlarına münasibət bildirib.

SəhərAzəri-nin məlumatına görə, Peskov deyib ki, Rusiya iki il əvvəl imzalanmış üçtərəfli sənədlərə tam sadiqdir.

"Biz ondan çıxış edirik ki, üçtərəfli razılaşmalar hələ də nizamlanma üçün mübahisəsiz əsasdır və nizamlanmaya nail olmaq üçün biz üçlüyün əldə etdiyi razılaşmaların həyata keçirilməsi yolu ilə getməliyik", - deyə Kremlin sözçüsü vurğulayıb.

Xatırladaq ki, Rusiya ümumiyyətlə Qərbin Qafqaz məsələlərinə müdaxiləsinin əleyhinədir və Azərbaycanla Ermənistan arasında ixtilafları öz nəzarəti altında həll etməyi məqsədə uyğun hesab edir.