Putin müsəlman ölkələri ilə ortaq maraqlara təkid edib:
“Rusiya İslam dünyası ilə əlaqələri gücləndirməkdə maraqlıdır”
Rusiya prezidenti bəyan edib ki, onun ölksi müsəlman dövlətləri ilə tərəfdaşlıq və bir-birinin suverenliyinə hörmət əsasında qurulan ənənəvi sıx münasibətlərə malikdir.
SəhərAzəri-nin məlumatına görə, Vladimir Putin XIV "Rusiya - İslam dünyası: Kazan Beynəlxalq İqtisadi Forumu" sammitin iştirakçılarına təbrik müraciətində yazıb: “Rusiya İslam dünyası ilə əlaqələri gücləndirməkdə və orada yeni tərəfdaşlar tapmaqda, həmçinin müsəlman ölkələri ilə yeni nəqliyyat və logistika zəncirlərinin yaradılmasında maraqlıdır.”
Onun sözlərin görə, bu gün İslam ölkələri fəal inkişaf edir, ticarət və maliyyə sektorunda, innovasiyalarda və elmi-tətbiqi tədqiqatlarda nəzərəçarpacaq nailiyyətlər əldə edirlər. Rusiya onlarla mümkün qədər geniş işgüzar və humanitar əməkdaşlığa açıqdır.
Putin sonra qeyd edib ki, Rusiya ilə İslam ölkələrini beynəlxalq hüquqa əsaslanan daha ədalətli, çoxqütblü dünya nizamı qurmaq öhdəliyi birləşdirir və Rusiya müsəlmanları beynəlxalq əlaqələrin genişləndirilməsində mühüm rol oynayırlar.