May 16, 2023 14:12 Asia/Baku
  • Armen Qriqoryan
    Armen Qriqoryan

Armen Qriqoryan: İrəvan Zəngəzur dəhlizinə heç zaman razı olmayacaq

SəhərAzəri-nin məlumatına əsasən, Brüsseldə görüşlər davam edərkən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Ermənistan heç zaman öz ərazisindən Zəngəzur dəhlizinin çəkilməsinə yol verməyəcək.

 

Qriqoryan bunu Rusiya müxalifətinin liberal qanadının mətbu orqanı sayılan Novaya Qazeta nəşrinə müsahibəsində bildirib.

O deyib: “Ermənistan heç vaxt öz ərazisindən eksterritorial dəhlizə razı olmayacaq. Bizim üçün bu, qırmızı xəttdir”.

Müxbirin "Bəs müharibə olsa?" sualına Ermənistan Təhlükəsizlik Şurasının katibinin cavabı belə olub: "Müharibə olursa, olsun".

 

Teqlər