Ermənistanın baş naziri qonşu ölkələrlə normal münasibətlərin qurulmasını tərəfdarlıq edib
Paşinyan: Bəzi qonşularımızla normal münasibət qurmamağı öyrənmişik
Paşinyan bildirib ki, bütün qonşularla normal münasibətlərin qurulması Ermənistanın xarici siyasətinin əsas məqsədidir.
Ermənistanın baş naziri bunu Çexiyanın “Respekt” jurnalına müsahibəsində deyib.
Nikol Paşinyan əlavə edib: “Mürəkkəb tariximizə görə biz bəzi qonşularımızla normal münasibət qurmamağı öyrənmişik. Bu vəziyyəti dəyişmək ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Əlbəttə ki, bunu Ermənistan cəmiyyəti asan həzm edə bilməz”.
O bildirib ki, bu yaxınlarda Milli Məclisdə Ermənistanın qonşuları ilə diplomatik əlaqələr qurmaq barədə danışıb, müxalifətçilər isə buna etiraz edərək deyiblər baş nazir elə danışır ki, guya Ermənistanın qonşusu İsveçdir.
Paşinyan vurğulayıb ki, Ermənistanın Gürcüstan və İranla yaxşı münasibətləri var və bunun özü digər qonşuları ilə münasibətlərə örnək olmalıdır.
Onun sözlərinə görə, Ermənistanın indi Türkiyə və Azərbaycanla demək olar ki, heç bir əlaqəsi yoxdur, bu belə qalmamalıdır.