Ermənistan lideri qonşu ölkənin ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib
Paşinyan: Azərbaycanın 86 600 kvadrat kilometr ərazisini tanıyırıq
May 18, 2023 15:17 Asia/Baku
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın "ərazi bütövlüyünü" 86,6 min kvadrat kilometr civarında tanıdığını bəyan edib.
SəhərAzəri-nin məlumatına əsasən, Bu barədə o, Avropa Şurasının sammitində çıxışı zamanı bildirib.
Azərbaycanla münasibətlərin normallaşmasına toxunan baş nazir Avropa Şurasının rəhbəri Şarl Mişelin bu yaxınlarda verdiyi bəyanatı xatırladaraq deyib: “Ermənistanın Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometrini, Azərbaycanın Ermənistan ərazisinin 29,8 min kvadrat kilometrini tanıdığını vurğuladıq”.
Qeyd edək ki, İrəvan Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təminatı üçün beynəlxalq vasitəçilərin iştirakı ilə Bakı və Qarabağ arasında birbaşa dialoq tələb edir.