“Biz Azərbaycanla sülh müqaviləsinin 2 maddəsini razılaşdırdıq”
https://azeri.sahartv.ir/news/qafqaz-i400126-biz_azərbaycanla_sülh_müqaviləsinin_2_maddəsini_razılaşdırdıq
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqton danışıqlarının təfərrüatlarını təqdim edib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
May 23, 2023 11:35 Asia/Baku
  • “Biz Azərbaycanla sülh müqaviləsinin 2 maddəsini razılaşdırdıq”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqton danışıqlarının təfərrüatlarını təqdim edib.

SəhərAzəri-nin məlumatına görə,Armen-Press xəbər verir ki, Mirzoyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, danışıqlarda müəyyən irəliləyiş əldə olunub, o mənada ki, sülh müqaviləsi layihəsinin daha iki maddəsi üzrə razılığa gəlmək mümkün olub, lakin bir neçə məsələ üzrə razılaşmaq mümkün olmayıb.

Onun sözlərinə görə, tərəflərin mövqelərinin bir-birindən kifayət qədər uzaq olduğu mövzular var.

Mirzoyan həmçinin Ermənistanın Cənubi Qafqazda uzunmüddətli, sabit və ləyaqətli sülhün bərqərar olmasına sadiqliyini təsdiqləyib.